Olimpiya “həbsxanası”: İdmançılar Parisdəki şəraitdən narazıdırlar | VIDEOLAR

      Olimpiya “həbsxanası”:    İdmançılar Parisdəki şəraitdən narazıdırlar  | VIDEOLAR
  24 İyul 2024    Oxunub:524
Fransa Olimpiya oyunlarına hazıqlıq üçün 12 milyard dollar xərcələsə də, yarışlara gələn idmançılar üzləşdikləri şəraitdən çox narazıdırlar. Onlar sosial şəbəkələrdə paylaşdıqları videolarda olimpiya kəndindəki vəziyyəti hətta Parisin həbsxanaları ilə müqayisə edərək, üstünlüyü ikinciyə verirlər.

İdmançıları ən çox narazı salan məsələlərdən biri karton çarpayılardır. Təşkilatçılar bunu ekoloji səbəblərlə izah etməyə çalışsalar da, qonaqlar onların sadəcə, simiclik etdiyini düşünürlər. İdmançıların sözlərinə görə, bu çarpayılarda yatmaq olduqca narahatdır. Yuxusuzluq isə yarışda göstərəcəkləri nəticələrə təsir edə bilər.



Avstraliyadan olan velosipedçi Matilda Kerns "Le Figaro"ya bildirib ki, karton çarpayıda keçirdiyi ilk gecədən sonra onun “beli qırılır”. Amma narazı olan təkcə qonaqlar deyillər. Fransalı cüdoçu Jülyen Brüyülar da karton çarpılardan narazı qalıb.



Daha bir ciddi problem otaqlarda kondisionerlərin yoxluğudur. Hazırda Parisdə yay çox bürkülü keçir. Olimpiya kəndində adambaşına ayrılan 12 kvadmetr yer belə istilərdə sadəcə, dözülməz olur. Otaqlardakı ventilyatorlar vəziyyəti düzəldə bilmir.


Kondisionerlər bir qırağa, otaqlarda soyuducu, televizor, kofe maşınları da yoxdur. İdmançının yarışda nəticə göstərə bilməsi üçün istirahət və orqanizmin bərpası son dərəcə vacibdir. Ona görə, belə xırdalıqların hər biri kritik əhəmiyyət daşıyır.


Keçmiş rusiyalı, indi isə avstraliyalı tennisçi Darya Savill yerli mətbuata deyib ki, qaldığı otaq üçün tualet kağızını özü almalı olub.



Olimiada iştirakçıları idmançıların elitasıdır, onlar hər yerdə yüksək xidmət və yaxşı şərait görməyə alışıblar. Ona görə çoxları Parisdə gördüklərindən şok keçirir.

Olimpiya kəndi Parisin şimalında, Sen-Uen və Sen-Deni rayonlarının arasında yerləşir. Əvvəllər sənaye rayonu olub, sonra tərk edilmiş bu ərazinin özü də idmançıları narahat edir. Təhlükəsizlik tədbirlərinin gecləndirilməsinə baxmayaraq, onlar özlərini tam rahat hiss edə bilmirlər.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Olimpiada   Fransa   Paris  





Xəbər lenti