Cavanşir Quliyevin əməliyyatı uğurlu keçib

  Cavanşir Quliyevin əməliyyatı uğurlu keçib
  12 Fevral 2024    Oxunub:839
“Sevimli bəstəkarımız Cavanşir Quliyev hazırda əməliyyatdadır”.
AzVision.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı "facebook" hesabında yazıb.

“Ailəsi ilə indi əlaqə saxladım, 2-3 saat sonra vəziyyəti ilə bağlı dəqiq məlumat verəcəklərini bildirdilər. Bəstəkarımıza Allahdan şəfa diləyirik”, - deyə şöbə müdiri əlavə edib.
***
Azərbaycan teatr, kino və televiziya rejissoru Ramiz Mirzəyev əməliyyatın uğurlu keçdiyini, hər şeyin qaydasında olduğunu bildirib.

Qeyd edək ki, bu səhər Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılıb. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olub.

Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşmişdi. Onun beyninə qan sızdığı bildirilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti