Paşinyanın deputatından etiraf: "Bəli, evimin yanında bomba partladı"

 Paşinyanın deputatından etiraf:  "Bəli, evimin yanında bomba partladı"
  28 Fevral 2024    Oxunub:663
Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Qaqik Melkonyanın evinin yanında bomba partlayıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd edilir ki, insident bir neçə gün öncə baş versə də Nikol Paşinyanın deputatı faktı hələ indi etiraf edib. O, jurnalistlər söhbəti zamanı məsələnin sosial şəbəkələrdə şişildiyi kimi olmadığını söyləyib: "Bu, 10 gün əvvəl baş verib və hüquq-mühafizə orqanlarının əməkdaşları hələ də insidentin araşdırması ilə məşğuldur. Hadisə bizim evin yaxınlığında yox, qonşunun həyətində baş verib. Şübhələndiyim şəxs yoxdur".

O həmçinin polislərin peşəkarlığını da önə çəkib: “Partlayış oldu və hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə gələrək yoxlamalar apardılar. Onlar hər şey etdilər, ekspertiza da keçiriblər və hələlik bizə heç nə məlum deyil”.


Tural Tağıyev
AzVision.az



Teqlər: Bomba   Deputat  





Xəbər lenti