Həkimlər 94 yaşlı xəstəni uğurla əməliyyat etdilər

Həkimlər    94 yaşlı    xəstəni uğurla əməliyyat etdilər
  13 Mart 2024    Oxunub:758
Respublika Klinik Xəstəxanasında xroniki ürək çatışmazlığından əziyyət çəkən və yanaşı xəstəlikləri olan 94 yaşlı şəxs üzərində həyata keçirilən cərrahi əməliyyat uğurla başa çatıb.
Xəstəxanadan verilən məlumata görə, tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 01.03.2024-cü il tarixində yerləşdirilən 1930-cu il təvəllüdlü Həmzə Mirzəyev gətirilərkən sağ bud-çanaq nahiyəsində kəskin ağrılardan şikayət edib.

Laborator, diaqnostik müayinələrdən keçən və sağ bud sümüyünün burmalardan keçən qapalı yerini dəyişmiş sınığı diaqnozu qoyulan şəxsdə yanaşı xəstəliklərin olması əməliyyat riskini artırıb.

Bir neçə ixtisas həkimin - kardioloq, anestezioloq-reanimatoloq və travmatoloq tərəfindən həyata keçirilən konsiliumdan sonra pasiyent üzərində həkim-cərrahlar Rüfət İsmayılov və Laçın Məmmədov tərəfindən osteosintez cərrahi əməliyyatı keçirilib. Yaş və yanaşı xəstəliklər səbəbilə kifayət qədər ağır hesab edilən əməliyyat müsbət nəticə verib.

Əməliyyatdan sonra zəruri tibbi xidmətlər göstərilən 94 yaşlı pasiyent H.Mirzəyev bir müddət sonra ambulator müalicə üçün evə buraxılıb.

Pasiyentin ailəsi atalarına göstərilən diqqət və qayğıya görə xəstəxananın rəhbərliyinə, təbiblərə öz təşəkkürünü bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti