Sidneydə keşiş bıçaqlandı - VİDEO

 Sidneydə keşiş bıçaqlandı    - VİDEO
  15 Aprel 2024    Oxunub:720
Sidneydə keşiş xütbə zamanı bıçaqlı şəxsin hücumuna məruz qalıb.
AzVision.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Qeyd edilir ki, o, bir neçə kilsə işçisinə hücum edib.

Hücum edən şəxs kilsədə keşiş qurbangahda olarkən ona yaxınlaşıb və onu bıçaqlamağa başlayıb. Ərazidə olanlar dərhal keşişə kömək etməyə çalışıblar.

Yerli media ümumilikdə 4 nəfərin yaralanmasını yazıb. Keşiş ağır bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.


AzVision.az



Teqlər: Keşiş   Sidney  





Xəbər lenti