Əsgəran yolu inşa olunur - Fotolar

 Əsgəran yolu inşa olunur -  Fotolar
  17 Aprel 2024    Oxunub:752
Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən (Ağdam şəhərinin dairəvi yolu) və uzunluğu 18 km olan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla II texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Bu barədə AzVision.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilib.

Bildirilib ki, hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür:

“Avtomobil yolunun tikintisinin başa çatdırılması imkan verəcək ki, Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlər, Ağdam şəhərinə daxil olmadan bu dairəvi yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam edələr.

Əsgəran avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır”.







AzVision.az


Teqlər:





Xəbər lenti