Azərbaycan bilyardçısı Avropa çempionu olub

   Azərbaycan bilyardçısı Avropa çempionu olub
  17 Aprel 2024    Oxunub:559
Azərbaycan bilyardçısı Tofiq Quliyev Moldovanın Kişinyov şəhərində keçirilmiş piramida üzrə Avropa çempionatında qızıl medal qazanıb.
Azərbaycan Bilyard Federasiyasından AzVision.az -a bildiriblər ki, idmançı 7 ölkədən 70 idmançı arasında birinci yeri tutub.

Azərbaycanın digər təmsilçisi Niyazi Xələfov isə bürünc mükafatın sahibi olub. Gümüş medala isə Ukrayna bilyardçısı Dmitro Pokotilski layiq görülüb. Bununla da Azərbaycan yığması turniri iki medalla başa vurub.

AzVision.az



Teqlər:





Xəbər lenti