Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü

   Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü
  26 Aprel 2024    Oxunub:494
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Barselona”nın prezidenti Xuan Laporta ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun rəsmi hesabı paylaşım edib.

Proqram çərçivəsində “Barselona” Akademiyasının - “La Masiya”nın Fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə görüşən mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub.

Çalışdırıcı səfər çərçivəsində “Barselona”nın B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək fikir mübadiləsi aparıb.



AzVision.az


Teqlər:





Xəbər lenti