Yevlaxda yeni meşələr salınacaq - AÇIQLAMA

Yevlaxda yeni meşələr salınacaq -  AÇIQLAMA
  30 Aprel 2024    Oxunub:972
Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür, yerində yeni meşə əkinlərinin salınması üçün hazırlıqlar görülür.
AzVision.az xəbər verir ki, Bakı-Ələt-Qazax avtomobil yolunun Yevlax rayonundan keçən hissəsində (284-cü kilometrliyində) əvvəllər əkilmiş Eldar şamı cinsindən ağaclar ziyanvericilərin törətdiyi xəstəliklər səbəbindən quruyub və xəstəliyin ətrafdakı sağlam ağaclara keçməməsi üçün qurumuş ağacların götürülməsinə zərurət yaranıb.

Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib ki, mütəxəssislər tərəfindən aparılan müayinələr nəticəsində məlum olub ki, ərazidə kütləvi şəkildə ziyanvericilər yayılıb və bu səbəbdən böyük bir sahədə Eldar şamı ağaclarına xəstəlik düşərək quruyub. Ətrafdakı digər sağlam ağacların yoluxmasının qarşısının alınması məqsədilə qurumuş ağacların bir hissəsi artıq götürülüb.

"Hazırda ərazidəki digər qurumuş ağacların götürülməsi işləri aparılır, quru ağaclar Regional Meşə Təsərrüfatı Mərkəzinin işçiləri tərəfindən təmizlənərək ərazidən daşınır. Sahə meşə əkininə hazırlandıqdan sonra götürülmüş ağacların yerinə yerli şəraitə uyğun yeni ağaclar əkiləcək", - o bildirib.

AzVision.az

Qalereya




Teqlər: ETSN   Meşələrin-İnkişafı-Xidməti   təbiət   ağac  





Xəbər lenti