"Biz buna məcbur olduq" - Ərdoğan

   "Biz buna məcbur olduq" -    Ərdoğan
  03 May 2024    Oxunub:629
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İsraillə ticarət əlaqələrini dayandırmaq məcburiyyətində qaldığını və həcmi 9,5 milyard dollara çatan ticarət dövriyyəsini dayandırdığını bildirib.
Türkiyə İsraillə ticarət əlaqələrini dayandırır
“İsrail və Fələstin arasında baş verən hadisələr qəbuledilməzdir. İsrail 40-45 min fələstinlini öldürüb. Müsəlmanlar olaraq sadəcə müşahidə etməyimiz mümkün deyildi. Biz hərəkətə keçməyə məcbur olduq və lazım olan addımı atdıq. 9,5 milyard dollarlıq ticarət dövriyyəmiz var idi, indi onu dayandırmışıq”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə və İsrail arasında cümə axşamından etibarən bütün idxal və ixrac prosesləri dayandırılıb .

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti