Stolüstü tennis üzrə ölkə qalibləri müəyyənləşib - FOTO

Stolüstü tennis üzrə ölkə qalibləri müəyyənləşib -    FOTO
  04 May 2024    Oxunub:831
Bu gün yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə birinciliyinə yekun vurulub.
AzVision.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışın son günündə şəxsi, qoşa və qarışıq qoşa növlərində qalib və mükafatçılar müəyyənləşib.

2005-2008-ci il təvəllüdlü idmançıların şəxsi yarışından Aylin Əsgərova ilə Adil Əhmədzadə qalib ayrılıb. 2009-cu il və daha kiçik yaşlı stolüstü tennisçilər arasında isə Yağmur Məmmədli və Onur Quluzadə ölkə çempionu adını qazanıb.

2005-2008-ci il təvəllüdlülərin qoşa yarışında Aysu Ağayeva – Aylin Əsgərova və Adil Əhmədzadə - Rüstəm Hacılı tandemi qələbə çalıb. 2009-cu il və daha kiçik tennisçilər arasında isə Şəbnəm Mansurova – Aynur Ağayeva və Onur Quluzadə - Ömər Aslanlı cütü bütün rəqiblərinə qalib gəlib.

Nəhayət, qarışıq-qoşa yarışlarında 2005-2008-ci il təvəllüdlülərdən Tahir Qubadovla Mərziyyə Nurmətova, 2009-cu il və daha kiçik yaş qrupunda isə Onur Quluzadə ilə Yağmur Məmmədli çempion adına layiq görülüb.

Xatırladaq ki, mayın 1-də start verilən ölkə birinciliyinin ilk günündə iştirakçılar komanda yarışlarında bacarıqlarını göstərmişdilər. Nəticələrə əsasən 2005-2008-ci il təvəllüdlü qızlar arasında Sumqayıt, oğlanlar arasında Bakı 1 kollektivi 1-ci yeri tutmuşdu.

2009-cu il və daha kiçik təvəllüdlü qızların mubarizəsindən Bakı 1, oğlanların mübarizəsindən isə Şabran komandası qalib ayrılmışdı.

Qalib idmançılara diplom və medallar təqdim olunub.

AzVision.az

Qalereya




Teqlər: idman   tennis  





Xəbər lenti