Naxçıvanda iki gənc göldə boğularaq ölüb - Fotolar

   Naxçıvanda iki gənc göldə boğularaq ölüb -    Fotolar
  10 May 2024    Oxunub:930
Naxçıvan şəhərində iki gəncin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
NUHÇIXAN xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Belə ki, Astara rayon Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən Bazar gölünün ətrafına gedib. Məlum olmayan səbəbdən onlar suya düşərək boğulublar.

Bu gün səhər saatlarından etibarən, Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları meyitləri sudan çıxarıblar.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.





AzVision.az


Teqlər:





Xəbər lenti