"Zeynəb Xanlarovanın Amerikada nə işi var?!"

 "Zeynəb Xanlarovanın Amerikada nə işi var?!"
  14 May 2024    Oxunub:1162
Qoşanağara ustası Sadıq Zərbəliyev Xalq artisti Zeynəb Xanlarovanın ABŞ-də yaşaması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
O bildirib ki, Zeynəb Xanlarova ilin çox vaxtı Azərbaycanda olur və ansamblının məşqlərinə qatılır.
Heydər Əliyev məşhur qoşanağara ustası ilə necə zarafat etmişdi... | Müsahibə


- Biz həftədə 2-3 dəfə məşq edirik. Zeynəb xanım bəzən işləri ilə əlaqədar qoşula bilmir. Amma ümumilikdə məşqlərimiz davam edir.

Zeynəb xanımın ABŞ-də yaşaması ilə bağlı danışanlar ara adamlarıdır. Onun Amerikada nə işi var?! Yalandır. Türkiyənin Bodrum şəhərində evi var. Oğlu orada yaşayır. Arada onun yanına gedir. Şuşa səfərindən sonra görək, nə deyəcəklər? Zeynəb xanım türk dünyasının fəxridir".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti