Gənc qız evlərindən qızıl oğurladı

Gənc qız evlərindən qızıl oğurladı
  18 May 2024    Oxunub:796
Tərtərdə öz evindən oğurluq edən qız saxlanılıb.
AzVision.az xəbər verir ki, rayon polis şöbəsinə fərdi yaşayış evlərinin birindən 2650 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qızı 2005-ci təvəllüdlü M.Əmirova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti