Un bahalaşdı: Çörəyin qiyməti artacaq?
![Un bahalaşdı: Çörəyin qiyməti artacaq?
Un bahalaşdı: Çörəyin qiyməti artacaq?](https://azvision.az/photos/2024/05/58935_61f61ec7cb332-1716284234.jpg)
Ötən ayın sonlarından isə bu qiymət 27 manat 35 qəpiyə qədər artıb. Belə olan halda çörəyin qiyməti artırılacaqmı?
Məsələ ilə bağlı açıqlama verən “Sarı Sünbül” MMC unun bahalaşmasını təsdiq edib:
“Bəli, 50 kiloqramlıq unun hazırda topdansatış qiyməti 27 manatdır. Bahalaşma unun bütün növlərinə aiddir. Buna səbəb isə buğdanın qiymətinin artmasıdır”.
“İsrafiloğlu” MMC-dən isə bildirilib ki, “NUR” çörəyi hələ ki, köhnə qiymətlə satılır:
“Unun bahalaşması səbəbindən çox güman ki, biz də topdansatış qiymətini artıracağıq. Bu, bizdən asılı məsələ deyil. Un bahalaşırsa, avtomatik cüzi də olsa çörəyin qiyməti artırılacaq”.
AzVision.az
Teqlər: