NATO Rusiyaya qarşı kiberlaboratoriyalar şəbəkəsi yaradır

   NATO Rusiyaya qarşı kiberlaboratoriyalar şəbəkəsi yaradır
  25 May 2024    Oxunub:551
NATO Rusiya sərhədləri yaxınlığında yerlşən Estoniya, Latviya, Finlandiya və Rumıniyada kiber laboratoriyalar şəbəkəsi yaradır.
Bunu Rusiya prezidentin informasiya təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Artur Lyukmanov deyib.

Onun sözlərinə görə, ABŞ uzun müddətdir ki, informasiya sferasında Rusiyaya qarşı hibrid müharibə üsullarına əl atıb. Ukrayna əsas sınaq meydançası kimi istifadə olunur, onun hakerləri, o cümlədən İT ordusu, NATO kuratorlarının nəzarəti altında elektron təxribat həyata keçirir.

Lyukmanov iddia edir ki, Kiyevdə Qərb ölkələrinin kəşfiyyat xidmətlərinin bütün bölmələri və silahlı qüvvələri komandanlıq edir. Diplomat əlavə edib ki, Pentaqonun rəhbərliyi altında sistematik əsasda kiber təlimlər keçirilir - məsələn, rəqəmsal sahədə Rusiya ilə qarşıdurma ssenarilərinin sınaqdan keçirildiyi Amerika Cyber Flag təlimi.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti