Su anbarında batan şəxsin axtarışları davam edir - Video

Su anbarında batan şəxsin axtarışları davam edir -  Video
  25 May 2024    Oxunub:648
Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində həmin rayonun Aşağı Öysüzlü kənd sakini 1987-ci il təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlu batıb.
FHN-dən AzVision.az -a verilən məlumata görə, axtarış işləri nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən həyata keçirilir.

Qeyd edilib ki, hava şəraitinin mürəkkəbliyinə baxmayaraq, axtarış işləri fasiləsiz olaraq davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti