Ermənistanda revanşistlərin həbsi davam edir - VİDEO

   Ermənistanda    revanşistlərin həbsi    davam edir -    VİDEO
  27 May 2024    Oxunub:880
Xaricdəki siyasi dairələrin ssenarisi əsasında Kanada vətəndaşı olan keşiş Baqrta Qalstanyanın rəhbərliyi altında revanşist qüvvələrin Ermənistanda keçirdikləri etiraz aksiyaları bu gün səhər saatlarında davam edib.
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, bu gün səhər tezdən ölkənin müxtəlif yerlərində keşiş Baqrat Qalstanyanın Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbini dəstəkləyən revsanşistlər hərəkatının mitinqləri yenidən başlayıb.

Şüarlar səsləndirməklə kifayətlənməyən radikallar bütün ölkədə küçələri və magistral yolları bağlamağa cəhdlər göstəriblər. Bu təxribatçı hərəkətlərin qarşısını alan ölkə polisi 300-ə yaxın etirazçını saxlayıb. Ermənistanın Daxili İşlər nazirliyinin mətbuat xidmətinin rəsmi məlumatına görə, həmin şəxslər polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırıblar.

Ölkə polisinin rəhbəri Aram Ovannisyan isə bildirib ki, onun tabeliyində olan əməkdaşlar heç kimi əsasssız saxlamırlar. O, habelə Qalstanyandan tələb edib ki, etirazçıları “özlərini normal aparmağa” çağırsın.

Saxlanılanlar arasında parlamentdəki “Ermənistan” fraksiyasının deputatı Artur Sarksiyan və KTMT-nin keçmiş Baş katibi general-polkovnik Yuri Xaçaturovun oğlu İqor Xaçaturov var. Müxalif “Ermənistan” fraksiyasının daha bir deputatı – Aşot Simonyan isə saxlanılarkən polis əməkdaşları tərəfindən döyülüb. İnsidentin “Daşnaksütun” partiyasının ofisinin yaxınlığında vaş verdiyi bildirilir.


Eyni zamanda, Xankəndindəki keçmiş separatçı rejimin “eks-meri” David Sarkisyan 20 günlük həbs cəzası alıb.

Bundan əvvəl Ermənistan polisi Sarkisyanın evində axtarış aparıb. Həbs edilən keçmiş “məmur”, habelə saxlanılan daha 3 nəfər dələduzluqda və 4 avtomobildən oğurluqda ittiham olunub. Sarkisyanın vəkili Ruben Məlikyan istintaqın davam etdiyini bildirib.

Kanada vətəndaş olan erməni keşişin başında dayandığı revanşistlər hərəkatı isə Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyalarını davam etdirirlər.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   mitinqlər  





Xəbər lenti