"İtirdiyim dostlarla, yuxuda görüşürəm" - Anar onların məzarını ziyarət etdi

      "İtirdiyim dostlarla, yuxuda görüşürəm"    - Anar onların məzarını ziyarət etdi
  30 May 2024    Oxunub:1157
Xalq yazıçısı Anar Fəxri Xiyabana gedərək dünyadan köçmüş həmkar dostlarının məzarlarını ziyarət edib.
AzVision.az bildirir ki, görüntülərdə Anar atası Rəsul Rzanın, anası Nigar Rəfibəylinin, Yusif Səmədoğlunun, Emin Sabitoğlunun, Vaqif Səmədoğlunun, Rüstəm İbrahimbəyovun və digərlərinin qəbirləri üzərində gül dəstələri düzüb.

Kadrlar sosial şəbəkədə böyük maraqla qarşılanıb. İstifadəçilər bu kövrək mənzərəyə öz xoş sözləri ilə dəstək veriblər.

Anar daha sonra bu şerini paylaşıb.

“İtirdiyim dostlarla
yuxuda görüşürəm.
maska filan taxmadan
görüşüb-öpüşürəm.
Gündüz ölən dostlarım
Gecə yuxuma girir.
Mən burdan danışıram.
Soruram: orda nə var?
Cavab vermir heç biri,
Məlul-məlul baxırlar.
Oranın ünsiyyəti
bəlkə, susub baxmaqmış.
Görəsən, o dünyada
yuxular belə varmış?
Ordakı dostlarım da
Hərdən görürmü məni,
ordakı yuxularda?
Əslində, kim bilir kim,
Kimdi yuxulu, ayıq?
Bəlkə, onlardı oyaq
Biz burda yuxudayıq”.
Anar. 13 yanvar 2022

AzVision.az


Teqlər:





Xəbər lenti