Daha iki il “Şamaxı”da

   Daha iki il “Şamaxı”da
  02 İyun 2024    Oxunub:1261
“Şamaxı” futbol klubu növbəti mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
AzVision.az xəbər verir ki, futbolçu Səbayıl Bağırovun başa çatan müqaviləsi artırılıb.

Müdafiəçi ilə yeni müqavilənin müddəti iki ildir. Qeyd edək ki, "Şamaxı" qapıçı Əkpər Vəliyev və müdafiəçi Əbil Əbilovla yollarını ayırıb.

Xatırladaq ki, "Şamaxı" bu mövsüm Azərbaycan 1-ci liqasının qalibi olub və 2024/25 mövsümündə elitada iştirak etmək hüququ qazanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti