Şuşadakı tarixi xəstəxana binası bərpa olunur

   Şuşadakı tarixi xəstəxana binası bərpa olunur
  03 İyun 2024    Oxunub:628
Şuşa şəhərində tarixi xəstəxana binası olan memarlıq abidəsi bərpa olunacaq.
AzVision.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruq İdarəsi bununla bağlı hazırlıqlara başlayıb.

Şəhərin Heydər Əliyev küçəsində yerləşən 5017 inventar nömrəli memarlıq abidəsi bərpa olunaraq Ənənəvi İncəsənət Mərkəzinin təyinatına uyğunlaşdırılması üçün layihələndiriləcək.

Lahiyələndirmə işlərini BIMD şirkəti həyata keçirəcək. Qoruqla şirkət arasında 234 820 manatlıq müqavilə bağlanıb.

Qeyd edək ki, sözügedən bina XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsidir. Şuşa şəhəri işğal ediləndən sonra erməni terrorçular tərəfindən dağıntılara məruz qalıb.



AzVision.az


Teqlər:





Xəbər lenti