“Prezidentin adından istifadə edirlər” - Bu linklərə girməyin!

 “Prezidentin adından istifadə edirlər” -  Bu linklərə girməyin!
  04 İyun 2024    Oxunub:730
Son günlər elektron informasiya resurslarında auditoriyanı çaşdırmaq məqsədilə yaradılmış hiperlinklər vasitəsilə yalan məlumatların tirajlanması halları müşahidə olunmaqdadır.
Bu barədə AzVision.az -a Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin adından istifadə olunmaqla hazırlanan saxta müraciətdə istifadəçilərə maddi yardım vəd edilir və elektron hesab yaradaraq qeydiyyatdan keçməklə bu yardımdan faydalanmaq təklif edilir.

Bildirilib ki, qeyd olunan müraciət bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən kiber dələduzluq nümunəsidir.

Agentlik Azərbaycan vətəndaşlarını, o cümlədən media nümayəndələrini və ictimai fəalları bu kimi hallarla bağlı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyalara qarşı sayıq olmağa çağırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti