Husilər Qırmızı dənizdə üç gəmini vurub

   Husilər Qırmızı dənizdə üç gəmini vurub
  06 İyun 2024    Oxunub:581
Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşması Qırmızı dəniz və Ərəbistan dənizində hücumlar həyata keçirərək yenidən fəallaşıb.
AzVision.az xəbər verir ki, bu barədə qruplaşmanın sözçüsü Yəhya Səri yerli televiziyada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə. terrorçular Qırmızı dənizdə "Roza" və "Vantage Dream" gəmilərini, Ərəbistan dənizində isə ABŞ-yə məxsus "Maersk Seletar" adlı gəmini çoxsaylı raket və PUA-larla atəşə tutublar.

Gəmilərin vəziyyəti və itki barədə məlumat açıqlanmayıb.

Xatırladaq ki, husilər İsrailin Qəzza zolağında apardığı müharibəyə cavabən bu ölkə ilə əlaqəli gəmilərə ötən ilin noyabrından bəri zərbələr endirirlər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qırmızı-dəniz   Yəmən   husilər  





Xəbər lenti