Veteran danışdı, kral ağladı

   Veteran danışdı,    kral ağladı
  06 İyun 2024    Oxunub:637
Böyük Britaniya kralı III Çarlz 1944-cü ildə II Dünya müharibəsində baş tutan "Neptun" əməliyyatının 80-ci ildönümü çərçivəsində keçirilən tədbirdə göz yaşlarını saxlaya bilməyib.
AzVision.az xəbər verir ki, kral mərasimə həyat yoldaşı kraliça Kamilla və oğlu şahzadə Uilyamla birlikdə qatılıb.

Tədbirdə çıxış edən Çarlz əməliyyat iştirakçılarını "tiranlığı azadlıqla əvəz edənlər" adlandırıb və onlara təşəkkür edib:

"Onları və o çətin dövrdə xidmət edənlərin hamısını dərin minnətdarlıq hissi ilə xatırlayırıq. Azad millətlər həmişə zülmə qarşı birlikdə mübarizə aparmalıdır”.

Daha sonra əməliyyat zamanı dostunu itirən veteran çıxış edib. Səsləndirdiyi fikirlər kral və kraliçanı təsirləndirib.

Xatırladaq ki, "Neptun əməliyyatı" İkinci dünya müharibəsinin ən əsas desant çıxarma əməliyyatı olub. 1944-cü ilin iyunun 6-da Amerika Birləşmiş Ştatları və Böyük Britaniya tərəfindən həyata keçirilib. Əməliyyat alman hərbi qüvvələrinin Fransanın daxilinə çəkilməsi ilə nəticələnib.





Aygün Xankişiyeva
AzVision.az



Teqlər:





Xəbər lenti