İrəvan küçələrində “Müqəddəs mübarizə” şüarları peyda olub - VİDEO+FOTOLAR

 İrəvan küçələrində “Müqəddəs mübarizə” şüarları peyda olub    - VİDEO+FOTOLAR
  07 İyun 2024    Oxunub:599
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər erməni keşiş Baqrat Srbazanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" hərəkatı ölkədə ardıcıl mitinqlər keçirir, polislərlə radikallar arasında toqquşmalar baş verir.
Dünən gecə saatlarında isə hərəkatın fəalları yeni etiraz metoduna əl atıblar.

Ermənisayağı demokratiya: Mitinqə qatılanlar işdən qovulacaqlar
"Milli cəbhə" Telegram kanalının yaydığı məlumata görə, bir qrup gənc İrəvan küçələrinə rəng vuran qaz balonları ilə kütləvi şəkildə “Müqəddəs mübarizə” şüarlarını yazıblar.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.


Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər:   Ermənistan   Etiraz   İrəvan  





Xəbər lenti