UNRWA: "Qəzzada insanlar dəniz suyu içməyə məcbur qalıblar" - VİDEO

   UNRWA:    "Qəzzada insanlar dəniz suyu içməyə məcbur qalıblar" -    VİDEO
  08 İyun 2024    Oxunub:740
"Artan temperatur və gigiyena çatışmazlığı, onsuz da, dəhşətli vəziyyəti daha da ağırlaşdırır".
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) "X"də bildirib.

Təşkilat vurğulayır ki, İsrail hərbi qüvvələri həyati infrastrukturu dağıtdığı, Qəzzanın sərhədlərini humanitar yardıma bağladığı üçün şirin su tapa bilməyən fələstinlilər çirkli dəniz suyu içmək məcbburiyyətində qalırlar.

Təşkilatın yayımladığı kadrlarda qəzzalı uşaqların içmək üçün qablara dəniz suyu doldurduğu görünür.

Firudin Həmidli
AzVision.az


Teqlər: BMT   Qəzza   içməli-su   qıtlıq  





Xəbər lenti