Albaniya Respublikasının ətraf mühit və turizm naziri ilə görüş keçirilib

   Albaniya Respublikasının ətraf mühit və turizm naziri ilə görüş keçirilib
  10 İyun 2024    Oxunub:979
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının ətraf mühit və turizm naziri xanım Mirela Kumbaro ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
AzVision.az xəbər verir ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri, bioloji müxtəlifliyin qorunması sahəsində cari və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

AzVision.az





Teqlər: görüş   nazir  





Xəbər lenti