Livanda "İslam Camaatı"nın komandiri öldürülüb - VİDEO

   Livanda "İslam Camaatı"nın komandiri öldürülüb -  VİDEO
  18 İyul 2024    Oxunub:379
İsrail Hərbi Hava Qüvvələrinin Livanın Biqa əyalətinə PUA zərbəsi nəticəsində "İslam Camaatı" terror təşkilatının yüksəkrütbəli komandiri Məhəmməd Cəbarə öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə "Al Jazeera" agentliyi məlumat yayıb.

Bildirilir ki, terrorçu maşının partlaması nəticəsində həyatını itirib.
Nəsrullah: "Hücuma məruz qalmayan yerləri də hədəfə alacağıq" - VİDEO

Livanda fəaliyyət göstərən "İslam Camaatı" təşkilatı üzvünün İsrail-"Hizbullah" toqquşmaları çərçivəsində öldürülməsi diqqətçəkən məqamdır. Bu, münaqişəyə digər radikal qrupların da qoşula biləcəyini göstərir.

Dünən "Hizbullah" terror təşkilatının lideri Həsən Nəsrullah da ölkənin "Al-Manar" telekanalında müraciəti zamanı "İsrailə qarşı əməliyyatların artırılacağını" vurğulamışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   terrorçu   zərbə  





Xəbər lenti