Türkiyə XİN: "Zamanla Ukrayna münaqişəsinin diplomatik həlli üçün şərait yaranacaq"

      Türkiyə XİN:    "Zamanla Ukrayna münaqişəsinin diplomatik həlli üçün şərait yaranacaq"
  24 Fevral 2024    Oxunub:1538
Zaman keçdikcə Ukrayna münaqişəsində diplomatik həll üçün əlverişli şərait yaranacaq.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Rusiya-Ukrayna müharibəsinin ikinci ildönümünə dair bəyanatında qeyd edilib.

Bəyanatda münaqişənin Ukraynaya dağıdıcı təsirinin artdığı, regional və qlobal səviyyədə mənfi nəticələrin dərinləşdiyi vurğulanıb.

“Diplomatik prosesi canlandırmağımıza imkan verəcək şərtlərin tezliklə yaranacağına inanırıq. Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü əsasında ədalətli və qalıcı bir həllə nail olmaq üçün səylərimizi davam etdirəcəyik", deyə açıqlamada bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti