Şəmkirdə avtomobil körpüdən aşıb: 1 ölü - YENİLƏNİB
![Şəmkirdə avtomobil körpüdən aşıb: 1 ölü - YENİLƏNİB Şəmkirdə avtomobil körpüdən aşıb: 1 ölü - YENİLƏNİB](https://azvision.az/photos/2024/02/1971917979719-1708797468.jpg)
O, 1987-ci il təvəllüdlü Cavid Zeynalovdur.
* * *
21:51
Hadisə rayonun Dəllərcəyir kəndində qeydə alınıb.
"Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb.
Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib, sərnişin - 1989-cu il təvəllüdlü Elçin Qarayev isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az