Abşeronda yanğın baş verib

Abşeronda yanğın baş verib
  24 Fevral 2024    Oxunub:1532
Abşeron rayonunda mənzildə partlayış meydana gəlib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Abşeron rayonu ərazisində, çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə zamanı mənzildə olan Həsənzadə Fidan Araz qızı xəsarət alıb.

AzVision.az


Teqlər: hadisə   yanğın  





Xəbər lenti