Laçında azan əsgərin anası: “Prezidentimizdən kömək istəyirəm”

 Laçında azan əsgərin anası: “Prezidentimizdən kömək istəyirəm”
  28 Fevral 2024    Oxunub:918
“Axırıncı dəfə dünən səhər danışmışdıq. Dedi, yaxşıyam, narahat olma, hər şey yaxşıdır”.
Bu barədə İTV-yə açıqlamasında bu gün səhər saatlarında Laçında əlverişsiz hava şəraitində istiqaməti itirərək azan Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahovun anası bildirib. Oğlunun Ermənistan tərəfindən saxlanılmasından narahat olan ana onun qaytarılması üçün kömək istəyib:

“Ruslanın 19 yaşı var. O, keçən ilin iyulun 8-də hərbi xidmətə gedib, dünən danışdım onunla. Dedi ki, hər şey yaxşıdır. Bu gün mənə gəlib dedilər ki, uşaq yoxdur. Prezidentimizdən kömək istəyirəm, xahiş edirəm, mənim balamı gətirsinlər...”.

R.Pənahovun nənəsi Xanım Pənahova bildirib ki, xidməti dövründə hər şeydən razı olub: “Həmişə razılıq edirdi ki, bura yaxşıdır. Bu sabah öyrəndik ki, uşaq yoxdur, yolu azıb. Xahiş edirəm, mənim balama kömək etsinlər, geri qayıtsın”.


AzVision.az


Teqlər:





Xəbər lenti