"Naxçıvan" Universiteti bağlanacaq - Nazirdən açıqlama

  "Naxçıvan" Universiteti bağlanacaq -  Nazirdən açıqlama
  29 Fevral 2024    Oxunub:1093
""Naxçıvan" Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət daxil olub. Bu, özəl univetsitetdir və bağlanması da təsisçinin qərarıdır".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. O qeyd edib ki, ali təhsil müəssisəsinin sonuncu kurs tələbələri müvafiq qaydada "Naxçıvan" Universitetinin diplomunu alacaq:

"Aşağı kurslarda təhsil alan tələbələr isə müvafiq universitetlərə köçürüləcək. Bu iki qaydada aparılacaq.Qəbul balı yüksək olan tələbələr həmin ildə daxil olma ehtimalı yüksək olan universitetlərə transfer olunacaqlar. Aşağı nəticəli tələbələr isə yaşayış yerlərinə yaxın ali təhsil müəssisələrinə köçürüləcəklər".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti