Mişustindən müavinlərinə Azərbaycanla bağlı tapşırıq: "Nəzarət edin"

   Mişustindən müavinlərinə Azərbaycanla bağlı tapşırıq:    "Nəzarət edin"
  11 Mart 2024    Oxunub:628
Rusiyanın baş naziri Mixail Mişustin müavinlərinə Moskva ilə Bakı arasında razılaşmaların necə yerinə yetirilməsinə diqqətlə nəzarət etməyi tapşırıb.
“Nəzarət etdiyiniz ərazilərdə azərbaycanlı həmkarlarımızla əldə edilmiş razılaşmaların necə yerinə yetirilməsinə diqqətlə nəzarət edin”, - Mişustin müavinləri qarşısında tapşırıq qoyub.

Qeyd edək ki, ötən həftə Rusiyanın baş naziri Azərbaycanda səfərdə olub. Onun Azərbaycan Prezidenti İlham Əliyev və Baş Nazir Əli Əsədovla görüşləri zamanı enerji, sənaye, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, əczaçılıq sahələrində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

Tərəflər birgə layihələr üzərində işi gücləndirmək və qarşılıqlı investisiyaların cəlb edilməsi üçün ən əlverişli şərait yaratmaq barədə razılığa gəliblər. Azərbaycan ərazisindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət yetirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti