"Zelenski mənə həmin təlxəyi xatırladır" - Maduro

   "Zelenski mənə həmin təlxəyi xatırladır" -    Maduro
  12 Mart 2024    Oxunub:674
"Roma Papasını təhqir edən Vladimir Zelenski xalqına zərər verən təlxəyə bənzəyir". AzVision.az xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro deyib.
“Zelenski pis danışmağa, Papanı təhqir etməyə başlayır. O, mənə Quaydo qədər kobud və məğlub, xalqı üçün zərərli olan təlxəyi xatırladır”, – Venesuela lideri deyib.

O, Ukraynanı sülhə çağıran Papa Fransiski dəstəkləyib və orada baş verənləri böyük təxribat adlandırıb.

Qeyd edək ki, bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Papa Fransiskin ağ bayraq qaldırıb danışıqlar masasına əyləşmək çağırışını rədd edib.

Şahanə Rəhimli


Teqlər:





Xəbər lenti