Rusiya sərhədçilərinin İrəvan aeroportundan çıxarılması üçün bildiriş alıb

  Rusiya sərhədçilərinin İrəvan aeroportundan çıxarılması üçün bildiriş alıb
  12 Mart 2024    Oxunub:788
Rusiya Ermənistandan Zvartnots hava limanında rusiyalı sərhədçilərinin işini dayandırmaq barədə bildiriş alıb.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində deyib. Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvan hava limanında Rusiya sərhədçiləri ilə bağlı bəyanatını şərh edərkən deyib:

"Həqiqətən də bununla bağlı məktub daxil olub və hazırda əlaqələr idarələr vasitəsilə aparılır. Mən indi daha çox şey deyə bilmərəm. Təbii ki, bütün mümkün səviyyələrdə təmaslar davam edəcək".

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti