Qəzzada son 4 ildə bütün müharibələrdən daha çox uşaq öldürülüb - BMT

   Qəzzada son 4 ildə bütün müharibələrdən daha çox uşaq öldürülüb -    BMT
  13 Mart 2024    Oxunub:627
"Oktyabrın 7-dən bəri Qəzzada öldürülən uşaqların sayı son 4 ildə dünyada gedən müharibələrdə ölən uşaqların ümumi sayından çoxdur".
Bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Yaxın Şərq üzrə baş komissarı Filip Lazzarini bildirib.

O, sosial şəbəkədəki X səhifəsində Qəzzaya hücumlar zamanı həlak olan uşaqlar haqqında danışıb və statistikanı "şok edici" adlandırıb.

"Bu, uşaqlara qarşı müharibədir. Bu, uşaqların gələcəyinin əleyhinə olan müharibədir", - Lazzarini vurğulayıb.

Fələstin anklavından alınan son məlumatlara görə, İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlayandan bəri həlak olan fələstinlilərin sayı 31,2 minə yaxınlaşır. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, onların böyük əksəriyyəti qadınlar və uşaqlardır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti