Azərbaycan Ordusunun zabiti özünü öldürüb

   Azərbaycan Ordusunun zabiti özünü öldürüb
  20 Mart 2024    Oxunub:916
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, Musayev Şəhriyar Nizami oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.
AzVision.az xəbər verir ki, daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

AzVision.az


Teqlər: hadisə   ordu   intihar  





Xəbər lenti