Sabahın hava proqnozu// Dağlıq ərazilərə qar yağacaq

   Sabahın hava proqnozu//    Dağlıq ərazilərə qar yağacaq
  23 Mart 2024    Oxunub:649
Martın 24-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi səhər mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Günün ikinci yarısında yağıntıda fasilə olacaq. Gecə və səhər arabir duman, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti