Kennedi: “Bayden demokratiya üçün ən böyük təhlükəyə çevrilib“

 Kennedi:  “Bayden demokratiya üçün ən böyük təhlükəyə çevrilib“
  02 Aprel 2024    Oxunub:1050
Cozef Bayden öz səlahiyyətlərindən siyasi rəqiblərə və tənqidçilərə qarşı istifadə edən ilk Amerika prezidenti oldu.
AzVision.azxəbər verir ki, bu fikri ABŞ prezidentliyinə müstəqil namizəd Robert Kennedi CNN telekanalının efirində səsləndirib.

O, iddia edib ki, Amerika lideri siyasi rəqiblərini senzuradan keçirmək üçün federal qurumlardan istifadə edir: "Mən bunu mühakiməyə çıxara bilərəm. Çünki bununla bağlı işi federal apellyasiya məhkəməsində, daha sonra isə Ali Məhkəmədə udmuşam. Hadisələr göstərdi ki, Bayden təkcə mənə qarşı senzuraya başlamayıb. Belə bir şeyi ölkəmizdə heç bir prezident etməyib".

Kennedinin sözlərinə görə, Bayden demokratiya üçün ən böyük təhlükəyə çevrilib.
AzVision.az



Teqlər: Bayden  





Xəbər lenti