Lənkəranda traktorla yük maşını toqquşub: 1 ölü, 2 yaralı - YENİLƏNİB

   Lənkəranda traktorla yük maşını toqquşub:    1 ölü, 2 yaralı - YENİLƏNİB
  03 Aprel 2024    Oxunub:1603
Lənkəran rayonunda meydana gələn ağır yol qəzasında xəsarət alanlardan biri dünyasını dəyişib.
Ağır xəsarət almış 1997-ci il təvəllüdlü Samir Yusif oğlu Abbasov xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Sıxılaraq deformasiyaya uğrayan yük avtomobilinın içində qalan S.Abbasov xilasedicilər tərəfindən yük maşınından çıxaraq aidiyyəti üzrə təhvil verilib. Xəstəxanada onu xilas etmək mümkün olmayıb. ("Report")

* * *

17:21
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı yük avtomobili idarəetməni itirərək qarşısında hərəkət edən “Belarus” markalı traktora çırpılaraq yol kənarına aşıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Lənkəranda, Ələt-Astara magistralının 171 km-də "Hyundai" markalı yük avtomobili "Belarus" markalı traktorla toqquşub. Qəza nəticəsində Lənkəran rayon sakinləri: 1986-cı il təvəllüdlü Amil Möhübbət oğlu Qafarov, 1982-ci il təvəllüdlü Elməddin Rəfael oğlu Cavadov və 1997-ci il təvəllüdlü Samir Yusif oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Vəziyyətləri ağır olan E.Cavadov və S.Abbasov reanimasiya şöbəsinə yerləşdirilib.

Qəzada yol kənarındakı mühafizə hasarına da ciddi ziyan dəyib.

AzVision.az


Teqlər: hadisə   qəza   FHN  





Xəbər lenti