Bayramda milli parkları nə qədər turist ziyarət edib?

Bayramda milli parkları nə qədər turist ziyarət edib?
  15 Aprel 2024    Oxunub:539
Milli parklara bayram tətili günlərində 5 mindən artıq turist səfər edib.
Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, milli parklarda Ramazan bayramı ilə əlaqədar təşkil olunan tədbirlər, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən maarifləndirici aksiyalar, eləcə də yazın gəlişini hiss etdirən hava şəraiti ölkənin müxtəlif bölgələrində yerləşən milli parklara çox sayda turistlərin səfər etməsinə səbəb olub.

A.Babayeva xatırladıb ki, ölkədə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var: "Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir”.

AzVision.az


Teqlər:





Xəbər lenti