Ermənilər İran-İsrail savaşından niyə qorxurlar?

Ermənilər İran-İsrail savaşından niyə qorxurlar?
  15 Aprel 2024    Oxunub:591
SOROS Fonduna yaxınlığı ilə seçilən Ermənistanın “Məlumatlı vətəndaşlar birliyi” ictimai təşkilatının rəhbəri Daniel İoannisyan İran-İsrail münaqişəsinə dair diqqət çəkən açıqlamalar verib.
O, "Mamul" nəşrinə açıqlamasında qeyd edib ki, hazırki qarışıq durum genişmiqyaslı müharibəyə çevrilsə İrəvan üçün də ciddi təhdidlər yaranacaq.

“Əgər möminsinizsə, dua edin ki, bu müharibə daha da inkişaf etməsin. Allaha yalvarın ki, bizim üçün yaxşı qonşu sayılan İran Qərbdəki digər bizə yaxın dostlarımızla hərbi münaqişəyə girməsin.

Biz istəmirik ki, Qərb bizi seçim qarşısında qoysun. Yəni desinlər ki, “Əgər siz Qərbin düşməni olan İranla əməkdaşlıqları davam etdirsəniz, bizimlə heç bir iş birliyini olmayacaq”. Yaxud da biz İranın da bizi çətin seçim qarşısında qoymasını istəmirik. Yəni İrəvana Tehrandan mesajlar gəlsin. Bizə deməsinlər ki, “Əgər siz İranın düşməni olan ABŞ-la növbəti dəfə hərbi təlim keçirsəniz, sizə sərt cavab verəcəyik”.
AzVision.az



Teqlər: İran  





Xəbər lenti