Zaqatalada kilsə dağılmaq üzrədir - Xidmətdən açıqlama

   Zaqatalada kilsə dağılmaq üzrədir -    Xidmətdən açıqlama
  15 Aprel 2024    Oxunub:819
Zaqatalada 1830-ci ildə inşa edilmiş kilsə dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Tarixi abidənin içərisi hazırda zibil və heyvan nəcislərindən keçilməz vəziyyətdədir. Divarları isə insanlar tərəfindən yazılıb.
AzVision.az məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət edib. Xidmətin mətbuat katibi Fariz Hüseynli bildirib ki, Zaqatala rayonunda yerləşən kilsə yerli əhəmiyyətli tarix-memarlıq abidəsi qismində dövlət mühafizəsinə götürülüb. Rayon mərkəzində yerləşən kilsənin mühafizəsinə nəzarət olunur.

"Həmin kilsənin bərpa olunması məsələsi də gündəmdədir. Tarixi tikilinin bərpa olunması məqsədi ilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib.

Tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir.

Həmin kilsənin də investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır".



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti