Qızılca ilə bağlı son vəziyyət necədir?

   Qızılca ilə bağlı son vəziyyət necədir?
  16 Aprel 2024    Oxunub:654
"Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb".
Bu barədə AzVision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, yoluxma əsasən uşaqlar arasında müşahidə edilib:

"2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub".

Həmidə İbrahimova
AzVision.az



Teqlər: Qızılca  





Xəbər lenti