Sahibə Qafarova Monteneqrodadır - FOTOLAR

   Sahibə Qafarova Monteneqrodadır -    FOTOLAR
  25 Aprel 2024    Oxunub:699
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlamentin nümayəndə heyəti aprelin 25-də Monteneqro Respublikasına rəsmi səfər edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata əsasən, nümayəndə heyətinə Milli Məclisin Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İqbal Məmmədov, deputatlar Hikmət Məmmədov, Aqiyə Naxçıvanlı, Kamaləddin Qafarov, Sevil Mikayılova, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Podqoritsa Hava Limanında onları Monteneqro parlamentinin sədri Andriya Mandiç, parlamentin Azərbaycanla dostluq qrupunun rəhbəri Nada Lakoviç, Azərbaycanın Monteneqrodakı səfiri Kamil Xasıyev, Monteneqronun Azərbaycandakı səfiri Perisa Kastrotoviç və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Sahibə Qafarovanın bir sıra görüşü nəzərdə tutulub.

AzVision.az

Qalereya




Teqlər: Azərbaycan   Monteneqro   parlament   səfər  





Xəbər lenti