AFFA "Neftçi"nin şikayətini təmin etmədi
![AFFA "Neftçi"nin şikayətini təmin etmədi AFFA "Neftçi"nin şikayətini təmin etmədi](https://azvision.az/photos/2024/04/197741_94de25k8ap-1714120188.jpg)
"Neftçi-2"nin futbolçusu Ağadadaş Salyanski "Sumqayıt-2" ilə matçda qeyri-etik ifadə və ya hərəkətə görə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) birbaşa qırmızı vərəqə aldığı üçün onun 4 oyun cəzalanması və komandanın 300 manat cərimə edilməsi barədə İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, 20 yaşlı hücumçu əvəzedicilər liqasının 29-cu turunda "Sumqayıt"la matçın 90+5-ci dəqiqəsində qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
AzVision.az
Teqlər: