Sevgilisi Kadir İnanırın səhhətindən danışdı: Çətinlik çəkir

   Sevgilisi Kadir İnanırın səhhətindən danışdı:    Çətinlik çəkir
  26 Aprel 2024    Oxunub:1581
Türkiyənin məşhur aktyoru, "Yeşilçam"ın ustad sənətkarı Kadir İnanırın son vəziyyəti açıqlanıb.
Bu barədə aktyorun sevgilisi, aktrisa Julide Kural məlumat verib. O bildirib ki, sənətçinin səhhəti yaxşılığa doğru gedir:

"Mənfi heç nə yoxdur. Təbii ki, bu, qısa müddətli müalicə prosesi deyil. Kadir etibarlı əllərdə. O da son dərəcə qətiyyətlidir. Hər kəs kimi fiziki müalicə prosesində çətinlik çəkir, amma bunun öhdəsindən gələcək. Hələlik biz onun bütün müalicələrinin xəstəxanada alınmasının tərəfdarıyıq".

K. Kural müalicə prosesinin nə qədər davam edəcəyini açıqlamayıb.

Qeyd edək ki, martın 24-də Türkiyənin məşhur aktyoru, "Yeşilçam"ın ustad sənətkarı Kadir İnanırın vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Sənətçi beyin əməliyyatı keçirib və qan laxtası yığılan damarı açılıb.

Həkimlərinin verdiyi məlumata görə, aktyor xəstəxanaya gətirilən zamanı huşu üstündə olmayıb və sağ tərəfi iflic olub.

Ümraniye Təhsil və Araşdırma Xəstəxanasının baş həkimi Necdet Sağlam əməliyyatdan sonra çəkilən MRT müayinələri prosedurunun uğurlu keçdiyini və beyin qidalanmasının hazırda yaxşı olduğunu qeyd edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti