Blinken İsrailə gedəcək

   Blinken İsrailə gedəcək
  27 Aprel 2024    Oxunub:576
ABŞ dövlət katibi Antoni Blinken gələn həftə iki ölkə arasında Qəzza zolağında mülki əhalinin problemi ilə bağlı gərginliyin artması fonunda İsrailə səfər edəcək.
Bu barədə "The New York Times" İsrail rəsmisinə istinadən xəbər yayıb. Blinken, həmçinin Fələstin anklavında atəşkəsin əldə edilməsinə yönəlmiş danışıqların gedişatını müzakirə edəcək. Eləcə də İsrailin Rəfahda planlaşdırdığı hərbi əməliyyat diqqət mərkəzində olacaq.

“The New York Times” qeyd edib ki, Qəzzada vəziyyət son həftələr daha da pisləşib, fələstinlilər başqa problemlə - həddindən artıq istilərlə üzləşiblər. İstilik, təmiz suyun olmaması ilə birlikdə "bir çox Qəzzalılar üçün həyatı acınacaqlı edib və xəstəliyin yayılması riskini artırıb".

AzVision.az


Teqlər:





Xəbər lenti