FIFA prezidenti “Qarabağ”ı təbrik edib

FIFA prezidenti “Qarabağ”ı təbrik edib
  27 Aprel 2024    Oxunub:456
FIFA prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının qalibi olmuş “Qarabağ” klubunu təbrik edib.
AzVision.az xəbər verir ki, funksioner bununla bağlı AFFA prezidenti Rövşən Nəcəfə məktub ünvanlayıb.

“Hörmətli prezident, bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam!

Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.

Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm”, - deyə məktubda bildirilib.
AzVision.az



Teqlər:





Xəbər lenti